Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

93 yaşlı media maqnatı ilk dəfə nişanlısı ilə görüntüləndi - FOTO

93 yaşlı media maqnatı ilk dəfə nişanlısı ilə görüntüləndi - FOTO

Tarix: 20 Aprel 2024 10:10

93 yaşlı əslən amerikalı media maqnatı Rupert Merdok ilk dəfə 67 yaşlı nişanlısı Elena Jukova ilə görüntülənib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, cütlük "Breakthrough Prize" elm mükafatlarının təqdimetmə marasiminə birgə qatılıb.

Xatırladaq ki, onların toy mərasimi iyunun 1-də Merdokun Kaliforniyadakı malikanəsində baş tutacaq.

Qeyd edək ki, bir çox KİV-lərdə redaktor, baş redaktor səlahiyyətlərini icra edən Merdok "21st Century Fox" şirkətinin sədri kimi məşhurlaşıb. Bu, media maqnatının beşinci evliliyi olacaq. Onun sərvəti 17 milyard dollar qiymətləndirilir.

Milli.Az


Etiketlər:  93 yaşlı media maqnatı ilk dəfə nişanlısı ilə görüntüləndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ