Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Mənə sual verir ki, ata, niyə az oynadın?” - Ağabala qızının pankart açmasından danışdı

“Mənə sual verir ki, ata, niyə az oynadın?” - Ağabala qızının pankart açmasından danışdı

Tarix: 22 Aprel 2024 15:28

"Ümumiyyətlə, qızımın ora gələcəyini bilmirdim. Birdən gözüm pankarta ilişdi, ona baxdım. Bir anlıq olan hər şey gəldi keçdi gözümün önündən".

Milli.Az bildirir ki,  bu sözləri "Qafqazinfo"ya açıqlamasında "Səbail"in hücumçusu Ağabala Ramazanov deyib.

Futbolçu "Araz-Naxçıvan"a 2:0 qalib gəldikləri matçda qızının "Xoş gəldin, ata" pankartı açmasından danışıb.

Uzunmüddətli zədədən sonra yaşıl meydanlara qayıdan forvard qızının bəzən oyunlara gəldiyini də açıqlayıb: "Allaha şükür edirəm ki, yaşıl meydanlara qayıtdım. Bayılda keçirilən matçlarda ara-sıra deyirdim, qızımı oyunlara gətirirdilər. Futbolçu ailəsində olduğu üçün qız da olsa, futbola marağı var. Mənə sual verir ki, ata niyə az oynadın. Deyir ki, istəyirdim "Papa", "papa" qışqırım.

Milli.Az


Etiketlər:  Mənə sual verir ki ata niyə az oynadın Ağabala qızının pankart açmasından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ