Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Avropa ölkələri Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgi keçirilib - FOTO

“Avropa ölkələri Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgi keçirilib - FOTO

Tarix: 3 May 2024 18:39

Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfirinin iqamətgahında "Arts Council Azerbaijan" qeyri-hökumət təşkilatının dəstəyi ilə təşkil olunan "Avropa ölkələri Azərbaycan rəssamlarının gözü ilə" adlı sərginin açılışı olub.

Azərbaycan rəssamları perspektivlərin müxtəlifliyini təqdim edərək, incəsənət əsərləri vasitəsilə Avropa mədəniyyətinə baxışlarını ifadə ediblər. Hər bir əsər virtual səyahət, Avropa ölkələri, onların mədəniyyəti, ənənələri, tarixi və memarlıq abidələri ilə tanışlıq olub.

Tədbirdə diplomatik missiyaların nümayəndələri və unikal yaradıcılıq mühiti yaradan rəssamlar Eldar Babazadə, Röya Həsənova, Məryəm Kiblayeva, Leyla Orucova, Nailə Aslanova, Sevda Rüstəmova, Ehtiram Rüstəmov, Samirə Muxtarova, Təranə Əliyeva, Nigar Əliyeva, Elşən Rzazadə, Gündüz Xunlar, Afaq Əkbər, Nailə Məhərrəmova, Aynurə Mustafayeva, Aytən Abdullayeva, Aliyə Əsədullayeva və Mələk Abbaszadə iştirak ediblər.

Açılışda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko bu mühüm mədəni hadisənin uğurlu keçirilməsinə və Avropa ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsinə köməklik edən mədəni üfüqlərin genişləndirilməsinə verdiyi töhfəyə görə bütün iştirakçılara minnətdarlığını bildirib.

"Arts Council Azerbaijan" təşkilatının rəhbəri Dadaş Məmmədov yaradılan imkana görə səfirə təşəkkürünü bildirib və qonaqlara təqdim olunmuş ekspozisiya haqqında məlumat verib. Daha sonra sərginin iştirakçılarına diplomlar təqdim olunub.

"Avropa ölkələri Azərbaycan rəssamlarının gözü ilə" adlı sərgi Azərbaycanda Avropa mədəni irsinin təşviqi üzrə təşəbbüsün bir hissəsi olub.


Etiketlər:  Avropa ölkələri Azərbaycan rəssamlarının gözü ilə adlı sərgi keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ