Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Telefondan çox istifadə BU XƏSTƏLİKLƏRƏ səbəb olur

Telefondan çox istifadə BU XƏSTƏLİKLƏRƏ səbəb olur

Tarix: 6 May 2024 11:04

Smartfonlara aludə olan uşaqlarda psixoloji problemlərin yaranma riski daha yüksəkdir.

Sonxeber.net Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Oksford Universitetinin alimləri araşdırma aparıblar.

Araşdırmaya əsasən məlum olub ki, həddindən artıq telefondan istifadə edən uşaqlarda paranoya, hallüsinasiya kimi problemlər meydana gələ bilər. Gün ərzində 2 saatdan çox telefon istifadə etmək, stress və yorğunluq hissi, ürək döyüntülərinin sürətlənməsi və eşitmədə keçici problemlər yarada bilər.

Bunlar cib telefonlarının vurduğu müvəqqəti zərərlərdir. Uzunmüddətli zərərlər isə genetik quruluşun pozulması, ağ qan hüceyrəsi (lenfoma) xərçəngi, ürək narahatlıqları, qan beyin baryerinin zədələnməsi, qalıcı eşitmə pozğunluqları, yaddaş zəifləməsi və beyin şişi riski, qan hüceyrələrinin pozulması, yüksək təzyiq, immunitet sisteminin zərər görməsidir.

Bir sözlə, uzun müddət mobil telefondan istifadə yalnız uşaqlar deyil, insanlar üçün də çox zərərlidir.


Etiketlər:  Telefondan çox istifadə XƏSTƏLİKLƏRƏ səbəb olur


RƏYLƏR