Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2024 08:46
Qəzza zolağında atəşkəs razılaşması layihəsi İsrailin anklavda saxlanılan bütün girovlarının azad edilməsini nəzərdə tutur.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Al Araby Al Jadeed" nəşrinin dərc etdiyi sənəddə bildirilir.
Qeyd edilir ki, müqavilə fələstinli məhbusların İsrail həbsxanalarından azad edilməsi müqabilində Qəzza zolağında bütün israilli girovların azad edilməsini, habelə daimi atəşkəs və İsrailin hərbi qüvvələrin geri çəkilməsini ehtiva edən davamlı atəşkəsə qayıtmağı hədəfləyir.
Sazişin həyata keçirilməsinin ilk mərhələsində HƏMAS hərəkatı qadın hərbçilər də daxil olmaqla İsrailin 33 girovunu azad etməlidir.
Sənədin layihəsinə uyğun olaraq HƏMAS rəhbərliyi müqavilənin üçüncü günündə İsrailin 3 girovunu azad etməlidir. Bundan sonra Fələstin hərəkatı qadın hərbçilər də daxil olmaqla hər yeddi gündə üç girovu azad etməyi öhdəsinə götürür. Yeddinci günə qədər HƏMAS, müqavilənin həyata keçirilməsinin ilk mərhələsində azad ediləcək girovların sayı barədə məlumat verəcək.