Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2024 07:38
Şimali Makedoniya tarixində ilk dəfə qadın prezident seçilib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, ölkənin aparıcı müxalifət partiyası olan "Daxili Makedoniya İnqilab Təşkilatı - Makedoniya Milli Birliyinin Demokrati Partiyası"nın namizədi Qordana Silyanovska-Davkova mayın 8-də keçirilmiş prezident seçkilərinin ikinci turunda səslərin 99,75 %-ni emalından sonra 65,14 %-lə öndədir.
Ölkənin Dövlət Seçki Komissiyasının (DSK) verilənlərinə əsasən, seçicilərin 29,25 %-i "Makedoniya Sosial Demokrat İttifaqı"nın dəstəklədiyi hazırkı prezident Stevo Pendarovskiyə səs verib.
Qordana Silyanovska-Davkova artıq mətbuat konfransı keçirib, o, seçicilərə dəstəyə görə təşəkkür edib və "bu andan etibarən respublikanın bütün vətəndaşlarının prezidenti kimi" çıxış edəcəyini bəyan edib.
Xatırladaq ki, Balkan ölkəsində parlament seçkilərində müxalifət öndədir.