Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

Tarix: 11 May 2024 14:57

Şuşaya gələn hər bir insan əyani şəkildə görür ki, burada Azərbaycan ruhu var. Şuşa işğal, əsarət dövründə əyilmədi.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalında çıxışında bildirib.

Şuşanın şəhər döyüşləri nəticəsində azad edilməsinin tariximizin parlaq səhifəsi olduğunu bir daha vurğulayan dövlətimizin başçısı deyib: "Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq rəmzidir, zəfər rəmzidir və sülhün rəmzidir".


Etiketlər:  İlham Əliyev Şuşa qəhrəmanlığın zəfərin sülhün rəmzidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ