Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan istefa versə, onlardan biri baş nazir ola bilər

Paşinyan istefa versə, onlardan biri baş nazir ola bilər

Tarix: 11 May 2024 17:02

Erməni mediası Paşinyanın istefa verəcəyi halda Ermənistanın baş naziri postuna mümkün namizədlərin siyahısını təqdim edib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, namizədlər arasında üç nəfərin adı xüsusi hallanıb.

Baş nazir postuna keşiş Baqrat Qalstanyan favorit namizədlərdən sayılır. Onun böyük ictimai dəstəyi və qeyd-şərtsiz səlahiyyətinin olması, heç bir siyasi partiyanı təmsil etməməsi üstünlüklərdən biri kimi dəyərləndirilir. Lakin Qalstanyanın ikili vətəndaşlığı onun iddia etdiyi vəzifədə təmsil olunmasını əngəlləyə bilər.

Digər namizəd isə Ermənistan Silahlı Qüvvələrinin 3-cü korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovdur.

Qeyd olunur ki, onu Ermənistanın ikinci prezidenti Köçəryanın komandası dəstəkləyir.

Keçmiş hüquq müdafiəçisi Arman Tatoyanın da baş nazir vəzifəsinə iddialı olduğu görünür. Mənbənin sözlərinə görə, o, ölkənin üçüncü prezidenti Sərkisyanın komandasının namizədidir.


Etiketlər:  Paşinyan istefa versə onlardan biri baş nazir bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ