Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2024 02:03
Onixofagiya uşaq yaşlarından başlayan, dünyada çox yayılmış zərərli vərdişlərdən biridir.
Sonxeber.net "medicina"ya istinadən dırnaq yeməkdən yaranan xəstəlikləri təqdim edir:
Alimlər bildirir ki, insan dırnaqlarını yeyirsə, o an beyin hansısa problemdən çıxış yolu axtarır, sanki neqativ hissləri " yeyir".
-Dırnaqların içi bakteriyaların artması üçün əlverişli yerdir. Çünki barmaqlar çirkli səthlərə çox toxunur.
Dırnaq dibində olan salmonella, bağırsaq çöpü, bir çox qurd yumurtaları ağız vasitəsilə həzm traktına keçir.
- Dişlər, xüsusən ön dişlər emalı korlayır, dişlərin həssaslığını pozur, dişləmi dəyişir, çeynəmədə problemlər yaradır.
- Psixoloji baxımdan dırnağını yeyənlərdə səbəbsiz təşviş, utanc, özünə qarşı dəyərsizlik, kədər xas olur.
-Onixofagiya çənə və boyun əzələlərinə təzyiq nəticəsində boyun hissədə ağrı yaradır.
-Bu adamların dırnaqlarında paronixiya adlı infeksiya, irinləmə, qızartı, şişkinlik da çox olur.
-Bu adamlarda göbələk həmişə normadan artıq olur
Dırnaq yeməyi tərgitmək siqaret və alkoqol kimi çətindir, bunun üçün məqsəd və stimul olmalıdır.