Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Google Chrome” istifadəçilərinə təcili xəbərdarlıq

“Google Chrome” istifadəçilərinə təcili xəbərdarlıq

Tarix: 12 May 2024 08:44

"Google" anonim informasiya təhlükəsizliyi eksperti tərəfindən aşkar edilmiş CVE-2024-4671 boşluğunu aradan qaldıran "Chrome" brauzeri üçün təhlükəsizlik yeniləməsini buraxıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hakerlər bu boşluqdan fəal şəkildə istifadə edirlər.

Boşluğun təcavüzkarlar tərəfindən necə istifadə edildiyi barədə təfərrüat açıqlanmır. Lakin bu, icazəsiz məlumat sızıntısına, sistem xətalarına və hətta kodun cihazın uzaqdan idarə edilməsinə səbəb ola bilər.

İstifadəçilərə mümkün kiberhücumların qarşısını almaq üçün brauzerlərini yeniləmələri tövsiyə olunur.


Etiketlər:  Google Chrome istifadəçilərinə təcili xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ