Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2024 13:12
Yeni Zelandiyanın bir hissəsi olan Kermadek arxipelaqında 5,4 maqnitudada zəlzələ baş verib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,3 min nəfər əhalisi olan Hiks-Bey şəhərindən 903 km şimalda, zəlzələ ocağı 44 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Sunami təhlükəsi elan olunmayıb.