Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2024 09:50
09:47
Seçkilərə qədər Prezident İbrahim Rəisinin vəzifəsini İranın vitse-prezidenti Məhəmməd Möhbər icra edəcək.
Sonxeber.net xəbər verir ki, bu barədə ölkənin İRİB telekanalı məlumat yayıb. O, hökumətin fasiləsiz fəaliyyət göstərəcəyini bildirib.
--------
09:40
İran Konstitusiyasının 131-ci maddəsinə görə, ölkə prezident istefaya getdikdə, vəfat etdikdə və ya iki ay müddətində səlahiyyətlərini icra etmədikdə birinci vitse-prezident rəhbərliyin təsdiqi ilə onun səlahiyyətlərinin icrasına başlayır.
Sonxeber.net xəbər verir ki, məhkəmə hakimiyyətinin başçısı, parlamentin spikeri və birinci vitse-prezidentdən ibarət şura ən geci 50 gün ərzində prezidentin seçilməsi üçün zəmin hazırlamalıdır.