Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2024 13:44
"Qarabağ"la birgə Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq daha bir komanda bəlli olub.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, "Borats" Bosniya və Herseqovinada çempion tituluna sahib çıxıb.
Banya-Luka təmsilçisi "İqman" üzərində 4:3 hesablı qələbə ilə qızıl medalları qazanıb. "Borats" Çempionlar Liqasının I təsnifat mərhələsinə vəsiqə qazanan 28-ci komandadır. Lakin onların hansı səbətdə yer alacağı hələ dəqiqləşməyib.
I təsnifat mərhələsi
Səpələnmişlər
"Ferensvaroş" (Macarıstan)
"Qarabağ" (Azərbaycan)
"Slovan" (Slovakiya)
"Lüdoqorets" (Bolqarıstan)
HİK (Finlandiya)
"Flora" (Estoniya)
"Styaua" (Rumıniya)
"Klaksvik" (Farer adaları)
"Şemrok Rovers" (İrlandiya)
"Linkoln" (Cəbəllütariq)
TNS (Uels)
RFS (Latviya)
"Petrokub" (Moldova)
Səpələnməmişlər
"Dinamo" (Batumi, Gürcüstan)
"Selye" (Sloveniya)
"Hamrun" (Malta)
"Larne" (Şimali İrlandiya)
"Dinamo" (Minsk, Belarus)
"Panevejis" (Litva)
"Ordabası" (Qazaxıstan)
"Vikinqur" (İslandiya)
"Struqa" (Şimali Makedoniya)
"Differdanj" (Lüksemburq)
"Deçiç" (Monteneqro)
"Santa Koloma" (Andorra)
"Virtus" (San-Marino)
Qeyri-müəyyənlər
"Balikani" (Kosovo)
"Borats" (Bosniya və Herseqovina)
Ermənistan çempionu
Albaniya çempionu
Qeyd edək ki, I təsnifat mərhələsində 30 komanda mübarizə aparacaq. İlk iki raundun püşkü iyunun 18-19-da atılacaq.