Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rəisi ilə vida mərasiminə Türkiyədən onlar gedəcək

Rəisi ilə vida mərasiminə Türkiyədən onlar gedəcək

Tarix: 21 May 2024 15:36

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və xarici işlər naziri Hakan Fidan mayın 22-si İrana səfər edəcəklər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi üçün keçirilən vida mərasimində iştirak edəcəklər.

Qeyd edək ki, mayın 19-u baş vermiş qəza nəticəsində İran Prezidenti ilə birlikdə xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhməti, Təbrizin imamı Məhəmməd Əli Haşemi və onları müşayiət edən digər şəxslər həlak olublar.

İbrahim Rəisi mayın 23-ü doğulduğu Məşhəd şəhərində dəfn olunacaq.
 

Milli.Az


Etiketlər:  Rəisi ilə vida mərasiminə Türkiyədən onlar gedəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ