Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskvada çeçenlərlə azərbaycanlılar atışdılar – 1 ölü, 4 yaralı

Moskvada çeçenlərlə azərbaycanlılar atışdılar – 1 ölü, 4 yaralı

Tarix: 22 May 2024 00:56

Moskvada miqrantlar arasında kütləvi dava və atışma baş verib.

Sonxeber.net musavat.com-a istinadla xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

İlkin məlumata görə, bir nəfər ölüb, 4 nəfər yaralanıb. Dava edənlər daha sonra maşınlara minərək qaçıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Daha sonra aydın olub ki, öz aralarında atışan qruplar çeçenlər və azərbaycanlılar olub.

Münaqişədən sonra Biryulyovo ərazisində atışma baş verən yerdə səpələnmiş gilizlər qalıb. Münaqişədə kadrlara düşən "BMW" axtarışa verilmişdi. Sonuncu dəfə kameralar onu Podolsk Kursantov küçəsində görüblər.

Son məlumatlara görə, Medınskaya küçəsində baş verən davada təxminən 15 nəfər iştirak edib.


Etiketlər:  Moskvada çeçenlərlə azərbaycanlılar atışdılar ölü yaralı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ