Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fitsonun vəziyyəti ağır olaraq qalır''

''Fitsonun vəziyyəti ağır olaraq qalır''

Tarix: 22 May 2024 16:24

"Mayın 15-də həyatına sui-qəsd cəhdi edilən Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti ağır olaraq qalır və onun sağalmasının nə qədər vaxt aparacağını proqnozlaşdırmaq mümkün deyil".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri respublikanın baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak deyib.

"Fitsonun bədəni hələ də həyata keçirilən cərrahi əməliyyatlara və müəyyən tibbi prosedurlara ağrılı reaksiya verir. Yalnız onun sağlamlıq vəziyyəti intensiv müalicə mərhələsindən reabilitasiya mərhələsinə keçdikdə onun sağalması üçün nə qədər vaxt aparacağını proqnozlaşdırmaq mümkün olacaq. Bu gün bu hələ mümkün deyil. Onun vəziyyəti çox ağır olaraq qalır", - deyə baş nazirin müavini bildirib.

Kalinyak artıq bərpa prosesində olan zaman Fitsonun işinə qayıdacağına ümid etdiyini bildirib.

"Biz hamımız inanırıq ki, o, mümkün qədər tez iş prosesinə yenidən qayıdacaq, lakin bu, yəqin ki, beş və ya on gün ərzində olmayacaq", - deyə o əlavə edib.

Milli.Az


Etiketlər:  Fitsonun vəziyyəti ağır olaraq qalır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ