Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2024 00:54
Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi Rossiyana Markovskaya digər işə keçməsi ilə əlaqədar vəzifəsindən ayrılıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb.
"Müdafiə Nazirliyinin mətbuat katibi olduğum təxminən 7 il MiQ-31 kimi uçdu getdi. Bu dönəmi qürurla xatırlayacağam", - deyə o İnstaqram səhifəsində yazıb.
Markovskaya paylaşdığı postda həmçinin keçmiş müdafiə naziri Sergey Şoyqu ilə birgə fotosunu da yerləşdirib.
Qeyd edək ki, 1991-ci Vladivostokda ildə doğulan R.Markovskaya jurnalistika ixtisası üzrə təhsil alıb, müxtəlif qurumlarda çalışıb. 2017-ci ildən isə Sergey Şoyqunun şəxsi mətbuat katibi təyin edilmişdi. Rusiya Federasiyasının 2-ci dərəcəli dövlət müşaviri rütbəsinə malikdir.