Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2024 15:15
"Xəzər axşamı" verilişi mərhum Əməkdar artist Aygün Bəylərin vəfatından sonra ilk dəfə evindən çəkiliş edib.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, proqramda yayımlanan süjetdə Aygün Bəylərin rəfiqəsi Nübüvvət Əmrahova sənətçinin şəxsi həyatından bəhs edib.
"Cananın atası uşaqlıqdan bizimlə dost olub və Aygün onu sevirdi. Ona görə Aygün onunla ailə qurdu. Bu nikahdan Canan dünyaya gəldi. Bacımın arzusu o idi ki, Canan xoşbəxt yaşasın, atası yanında olsun. Atası Almaniya vətəndaşı idi. Bakıda yaşaya bilmirdi. Aygünün ürəyində keçmiş həyat yoldaşının qızı Cananın yanında ola bilməməsinin nisgili qaldı", - deyə müğənninin rəfiqəsi bildirib.
Qeyd edək ki, Aygün Bəylər Almaniyada yaşayan Rəsul Vilayət adlı şəxslə evli olub. Cütlüyün Canan adlı bir qız övladı var.