Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Monqolustan Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Monqolustan Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Tarix: 26 May 2024 11:33

Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsux Prezident İlham Əliyevi təbrik edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Monqolustan ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin və əməkdaşlığın davamlı şəkildə genişlənməsindən məmnunluğumu bildirirəm.

Bu xoş fürsətdən istifadə edərək, bu il Bakının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının

29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə səmimi təbriklərimizi çatdırır və tədbirin uğurlu olmasını arzulayıram.

Zati-aliləri, Monqolustanın COP29-a töhfə verəcəyinə əmin ola bilərsiniz.

Cənab Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, firavanlıq, dost Azərbaycan xalqına isə rifah diləyirəm".

Milli.Az


Etiketlər:  Monqolustan Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ