Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2019 03:28
Bakı. Trend:
ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin press-relizində deyilir..
Məlumata əsasən, İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi sanksiyalar siyahısına əlavə edilib.
Bildirilir ki, nazirin sanksiyalar siyahısına salınması onun ABŞ-dakı aktivlərinin dondurulması və ABŞ vətəndaşlarının və ya şirkətlərinin onunla əməkdaşlıq etməsinin qadağan edilməsi deməkdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin