Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polad Həşimovun qızı “Brend tələbə” oldu

Polad Həşimovun qızı “Brend tələbə” oldu

Tarix: 28 May 2024 18:00

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılmasına start verilib.

Milli.Az modern.az-a istinadla xəbər verir ki, AzEdu.az və Azərbaycan Tibb Universitetinin (ATU) təşkilatçılığı ilə ATU-da təhsil alan "Brend tələbə"lər təltif ediliblər.

Azərbaycan Tibb Universitetinin "Brend tələbə"lərindən biri də general Polad Həşimovun qızı Aybəniz Həşimovadır.

AzEdu.az Təhsil Portalı tərəfindən Aybəniz Həşimovaya mükafatı tədqim edilib.

Qeyd edək ki, o, Azərbaycan Tibb Universiteti I Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsidir.

Milli.Az


Etiketlər:  Polad Həşimovun qızı Brend tələbə oldu


RƏYLƏR