Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya ordusu öz ərazisinə 3 aviabomba atdı

Rusiya ordusu öz ərazisinə 3 aviabomba atdı

Tarix: 30 May 2024 07:50

Rusiya hərbi təyyarəsindən Belqorod vilayətinə eyni anda 3 aviabomba düşüb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə ASTRA Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Şebekino şəhərinin Böyük Qorodişe kəndindən 5 km uzaqlıqda 3 FAB-250 aviabombası düşüb.

Hadisə zamanı xəsarət alan olmayıb, təxliyə barədə məlumat verilmir.

Beləliklə, son 3 ayda Rusiya SQ Belqorod və işğal olunmuş ərazilərə səhvən 73 aviabomba atıb.

Onların arasında "ağıllı" bomba sayılan UMPB D-30SN də var.


Etiketlər:  Rusiya ordusu ərazisinə aviabomba atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ