Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Olimpiya çempionu olan güləşçi peşəsini dəyişdi

Olimpiya çempionu olan güləşçi peşəsini dəyişdi

Tarix: 1 Iyun 2024 18:54

2020-ci ildə 125 kq çəki dərəcəsində sərbəst güləş üzrə olimpiya çempionu olan Qeybl Stivson peşəsini dəyişib.

Milli.Az "report"a istinadən bildirir ki, 23 yaşlı güləşçi ABŞ-nin Milli Futbol Liqasında (NFL) iştirak edən "Baffalo Bills" klubu ilə üç illik müqavilə imzalayıb.

"İdmanımın ən yüksək səviyyəsində yarışmaq mənə qismət oldu. Lakin güləş bacarıqlarımın futbolda necə tətbiq oluna biləcəyini görmək üçün yeni çağırış gözləyirəm. Mənə fürsət verdiyi üçün "Buffalo Bills"ə minnətdaram", - deyə Q.Stivson bildirib.

Qeyd edək ki, "Baffalo Bills" 1990-1993-cü illərdə Superboulda ardıcıl dörd dəfə final matçına çıxsa da, hər birində məğlub olub.

Milli.Az


Etiketlər:  Olimpiya çempionu olan güləşçi peşəsini dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ