Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2024 19:38
İyunun 1-də Xarkov şəhərinin növbəti dəfə raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxslərin sayı 9 nəfərə çatıb, 26 nəfər isə xəsarət alıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Xarkov Şəhər Prokurorluğu məlumat yayıb.
"9-cu qurbanın cəsədi dağılmış evlə qaraj arasında tapılıb", - məlumatda bildirilib.
Hazırda əməliyyat-axtarış tədbirləri davam edir.