Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2024 11:45
"Ah, gözəl Şuşa! Nə yazım, heç bilmirəm... Füzulidən Şuşaya qədər olan yolu necə bir heyranlıqla getdiyimi xatırlayıram. İlk səfərim idi o müqəddəs diyara. Ana nənəm Şuşalı idi. Bütün uşaqlığım qadının xatirələrini, onun təsvirlərini dinləməklə keçib".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcısı Nurlana Cəfərova sosial şəbəkə hesabında yazıb. Şuşaya gedən Nurlana təəssüratlarını bu sözlərlə bölüşüb:
"Şuşaya çatanadək, bir-birindən zəngin təbiət mənzərələrini gördükcə, müharibəni xatırladıqca, şəhidlərimizi andıqca ağladım... Bu inanılmaz hisslər idi. Çiçək qoxulu Qarabağ! Nə yaxşı yuxumuz çin, arzumuz gerçək oldu, qovuşduq...".