Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əli Əsədov Minskdə səfərdədir

Əli Əsədov Minskdə səfərdədir

Tarix: 3 Iyun 2024 16:15

İyunun 3-də Azərbaycanın Baş naziri Əli Əsədov Belarusun Baş naziri Roman Qolovçenkonun dəvəti ilə Minsk şəhərinə işgüzar səfər edib.

Milli.Az xəbər verir ki, "Minsk" milli aeroportunda Əli Əsədovu Belarusun Baş nazirinin müavini İqor Petrişenko və digər rəsmi şəxslər qarşılayıblar.

Azərbaycanın Baş naziri səfər zamanı qonaq qismində Avrasiya Hökumətlərarası Şurasının iclasında və "Avrasiya İqtisadi İttifaqının ərzaq təhlükəsizliyi" plenar sessiyasında iştirak edəcək.

Milli.Az


Etiketlər:  Əli Əsədov Minskdə səfərdədir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ