Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bunun üçün Qəzzada əməliyyatları 42 günlük dayandırmağa hazırıq

Bunun üçün Qəzzada əməliyyatları 42 günlük dayandırmağa hazırıq

Tarix: 3 Iyun 2024 18:50

HƏMAS vaxtı uzadarsa, müharibəni bərpa edə bilərik.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ölkə parlamentinin (knesset) Xarici işlər və müdafiə üzrə komissiyasının iclasında bildirib.

Onun sözlərinə görə, hərbi kabinet HƏMAS-la sövdələşmə qarşılığın müharibənin başa çatmasına razılıq verməyib.

Baş nazir ABŞ Prezidenti Cozef Baydenin HƏMAS-a etdiyi təkliflərdən bəhs edərək, onun detalları açıqlamadığını bildirib: "Cozef Bayden mənzərənin bir qismini təqdim edib. Girovların qaytarılması üçün müharibəni dayandırmaq olar.Ancaq bundan sonra biz yenidən hər nəyi ölçüb-biçəcəyik".

"Razılaşmanın birinci mərhələsi başa çatdıqdan sonra nə baş verəcək" sualını cavablandıran B.Netanyahu deyib ki, HƏMAS "vaxtı uzatsa" İsrail hərbi əməliyyatları bərpa etmək hüququnu özündə saxlayır.

B.Netanyahu vurğulayıb ki, İsrail girovları azad etmək üçün Qəzzada hərbi əməliyyatları 42 gün müddətinə dayandırmağa hazırdır: "Lakin İsrail hərbi əməliyyatı davam etdirməkdən imtina etməyəcək".

Milli.Az


Etiketlər:  Bunun üçün Qəzzada əməliyyatları günlük dayandırmağa hazırıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ