Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

XİN Türkiyəyə başsağlığı verdi

XİN Türkiyəyə başsağlığı verdi

Tarix: 4 Iyun 2024 14:54

Azərbaycan Xarici İşlər Nazirliyi hərbi təlim təyyarəsinin qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib.

Milli.Az xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında qeyd edib.

"Qardaş Türkiyənin Kayseri şəhərində baş vermiş təyyarə qəzası xəbəri bizə son dərəcə kədərləndirdi. Qəza zamanı həlak olmuş pilotların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - deyə bildirilib.

Xatırladaq ki, bu gün Türkiyədə hərbi təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb. Qəza nəticəsində 2 pilot şəhid olub.

Milli.Az


Etiketlər:  XİN Türkiyəyə başsağlığı verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ