Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Santa Barbara''nın 101 yaşlı aktrisası öldü

''Santa Barbara''nın 101 yaşlı aktrisası öldü

Tarix: 5 Iyun 2024 15:14

Məşhur "Santa Barbara" serialı, "İpək corablar", "The Pijama Game" və bir çox başqa filmləri ilə tanınan əfsanəvi aktrisa Cenis Peyc Los-Ancelesdəki evində dünyasını dəyişib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, onun 101 yaşı var idi.

Cenis Peyc Hollivudun qızıl dövrünün son nümayəndələrindən biri idi.

Əsl adı Donna May Tjaden olan aktrisa karyerasına beş yaşında həvəskar şoularda müğənni kimi çıxış edərək başlayıb.  O, "Santa Barbara"  serialında 5 il ekssentrik Minx Lockridg obrazını yaradıb.

Hətta 80 yaşında aktiv aktyorluq karyerasını başa vuran Cenis Peyc gözdən itməyib. O, ara-sıra ictimai tədbirlərdə çıxış edirdi.

Milli.Az


Etiketlər:  Santa Barbaranın yaşlı aktrisası öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ