Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2024 21:42
Yaponların əsrlərdir istehlak etdiyi bənövşəyi kartof sağlam həyat vərdişləri çərçivəsində təqdir edilən qidalar arasındadır.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu tərəvəz növünün insan sağlamlığına bir çox faydaları var.
Bənövşəyi kartofun tərkibində pəhriz lifləri olduğu üçün bağırsaqlarda həzm problemlərinin qarşısını alır. Tərkibindəki antioksidant dəyərlər sayəsində bədəni zərərli sərbəst radikallardan qoruyur və immuniteti gücləndirməyə kömək edir. C vitamini ilə də zəngin olan bənövşəyi kartofun müntəzəm istifadəsi xəstəliklərdən qoruyur. Həmçinin sağlam qida lifləri sayəsində qan şəkərini tarazlayır.
Bənövşəyi kartofda beyin sağlamlığını qorumağa kömək edən antosiyaninlər var. Yaddaşı gücləndirən və idrak funksiyalarını dəstəkləyən quruluşu ilə beyni gənc saxlayır. Bu tərəvəzin istehlakı sonrakı yaşlarda alzheimer kimi xəstəliklərin inkişaf riskini azaldır. A vitamini ilə də zəngin olan bu kartof növünün istehlakı göz xəstəliklərindən qorunmağa kömək edir.