Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbol parlamentin iclasını təxirə saldı

Futbol parlamentin iclasını təxirə saldı

Tarix: 13 Iyun 2024 20:48

Albaniya parlamentinin növbəti həftəyə planlaşdırılan iclası təxirə salınacaq.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, buna səbəb ölkə yığmasının AVRO-2024-də oyunudur.

Parlamentin 140 deputatından böyük hissəsi Almaniyaya yollanacaq. Onlar komandanın İtaliya ilə görüşünü izləyəcəklər. Bu gün keçirilməli olan iclas isə dünən baş tutub. Bu məsələ ölkədə birmənalı qarşılanmayıb. Bəzi partiya nümayəndələri bu addımı utancverici adlandırıb.

Qeyd edək ki, Albaniya yığması ilk oyununu iyunun 15-də İtaliyaya qarşı keçirəcək. Komanda ayın 19-da Xorvatiya, 5 gün sonra isə İspaniya ilə üz-üzə gələcək.


Etiketlər:  Futbol parlamentin iclasını təxirə saldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ