Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2024 12:26
Uels şahzadəsi Keyt Middleton kimyəvi terapiya kursundan sonra prosedurun fəsadları ilə üzləşib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın "The Sun" qəzeti yayıb.
Bildirilir ki, ilk olaraq şahzadə müalicə ilə bağlı problem yaşayıb.
Kral ailəsi üzrə ekspert Keti Nikollun sözlərinə görə, buna baxmayaraq, hazırda Middleton artıq müalicənin yeni mərhələsinə keçib. O bildirib ki, Uels şahzadəsi həkimlər icazə verdikdən sonra səlahiyyətlərinin icrasına geri dönəcək.
Xatırladaq ki, uzun müddət ictimaiyyət arasında görünməyən 42 yaşlı Keyt Middletonla bağlı müxtəlif şayiələr yayılmışdı, hətta onun öldüyü deyilirdi. Keyt həyat yoldaşı şahzadə Uilyamla birlikdə görüntüləndikdən sonra şayiələrə son qoyulmuşdu. Martın 22-də isə o, onkoloji xəstəlik səbəbindən əməliyyat olunduğunu açıqlamışdı.