Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dənizin dibindən 600 illik əşyalar tapıldı - FOTO

Dənizin dibindən 600 illik əşyalar tapıldı - FOTO

Tarix: 16 Iyun 2024 05:06

Çinli arxeoloqlar Cənubi Çin dənizinin dibindən Min sülaləsinə (1368-1644) aid 900-dən çox artefakt çıxara biliblər.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Çinin Mədəni İrs üzrə Dövlət İdarəsi məlumat yayıb.

Bildirilib ki, həmin dövrdə iki gəminin batdığı akvatoriyada işlər 2023-cü ilin may ayından etibarən aparılır.

1500 metr dərinlikdən çıxarılan əşyalar arasında çini qablar, dulusçuluq və mis sikkələr də var. Bu tapıntılar tarixçilərə 500-600 il əvvəl bu bölgədə ticarətin necə aparıldığına dair daha dolğun təsəvvür yaratmağa imkan verəcək.


Etiketlər:  Dənizin dibindən illik əşyalar tapıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ