Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyada hər il milyonlarla insanın ölümünə səbəb olan 4 MƏHSUL

Dünyada hər il milyonlarla insanın ölümünə səbəb olan 4 MƏHSUL

Tarix: 16 Iyun 2024 17:00

Ümumdünya Səhiyyə Təşkilatı Avropada hər il 2,7 milyon insanın ölümünə səbəb olan dörd məhsulun adını açıqlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, ÜST Avropanın bəyanatında deyilir ki, bunlara tütün, alkoqol, qalıq yanacaqlar və ultra emal olunmuş qidalar daxildir:

"Dörd qida - tütün, ultra emal edilmiş qidalar, qalıq yanacaqlar və spirt - dünyada hər il 19 milyon insanın ölümünə və ya bütün ölümlərin 34 faizinə səbəb olur. Təkcə Avropa regionunda bunlar hər il 2,7 milyon insanın ölümünə tam və ya qismən gətirib çıxarır".

ÜST qeyd edir ki, istehsalçılar özlərini az sayda transmilli korporasiyalar şəklində təşkil ediblər. Bu da onlara siyasi və hüquqi şərtlərə təsir göstərməyə, məsələn, mənfəətlərinə təsir edə biləcək qaydaların qarşısını almaq imkanı verib.

Təşkilat izah edib ki, sənaye taktikalarına marketinq strategiyaları vasitəsilə həssas insanları istismar etmək, istehlakçıları çaşdırmaq və yanlış məlumat vermək daxildir. Bu vəziyyət əhalinin sağlamlığı istiqamətində son yüz ildə əldə olunan nailiyyətləri təhdid edir.

ÜST-nin Bürosunun rəhbəri Hans Kluqe bildirib ki, təşkilatın Avropa bölməsi insanların həmişə mənfəətdən üstün olması və zərərli biznes təcrübələrinin qarşısının alınması ideyasını təbliğ etmək üçün siyasətçilər ilə işləmək niyyətindədir.

Milli.Az


Etiketlər:  Dünyada hər il milyonlarla insanın ölümünə səbəb olan 4 MƏHSUL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ