Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyanın bir neçə limanının işçiləri tətil edirlər

Almaniyanın bir neçə limanının işçiləri tətil edirlər

Tarix: 18 Iyun 2024 08:56

Almaniyanın şimalındakı bir neçə limanın, o cümlədən Avropanın ən böyük portlarından olan Hamburqun işçiləri əmək haqqının artırılmasını tələb edən tətil keçirirlər.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

"Verdi" Həmkarlar İttifaqı tətilə çağırıb. Tətil bazar ertəsi Bakı vaxtı ilə saat 07:00-da başlayıb və limandan asılı olaraq 24-48 saat davam edəcək. Hamburq ilə yanaşı, Brak, Bremen, Bremerhaven, Emdendəki limanların işi iflic olub. Konteyner terminallarında boşaltma və yükləmə aparılmır.

Həmkarlar İttifaqı, azı bir il müddətinə müqavilə bağlayan işçilərin 3 iyundan etibarən maaşlarını saatda 1 avro artırmasını və gecə iş müavinətlərini artırmasını tələb edir. Tətil tarif danışıqlarının üçüncü turunun başlaması ilə əlaqədardır.


Etiketlər:  Almaniyanın neçə limanının işçiləri tətil edirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ