Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2024 07:30
-------
07:15
Hərbçiləri hökumət binası qarşısındakı meydana aparan boliviyalı general Xuan Xose Zuniqa Baş Prokurorluğun göstərişi ilə saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə Boliviya televiziyası məlumat yayıb.
Kadrlarda Zuniqa onu maşına mindirən polis əməkdaşlarının müşayiəti ilə Baş Qərargah binasını tərk edib.
-------
00:19
Boliviya hərbçiləri faktiki paytaxt La-Pasda hökumət binasının qarşısındakı meydanı zəbt ediblər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, Prezident Luis Arse silahlı qüvvələri demokratiyaya hörmət etməyə çağırıb.
"Biz Boliviya ordusunun bəzi hissələrinin qəribə hərəkətləri barədə məlumat veririk. Demokratiyaya hörmət edilməlidir", - o bildirib.