Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hava limanına yaxın yaşayanlar - Bu xəstəliklər sizi gözləyir

Hava limanına yaxın yaşayanlar - Bu xəstəliklər sizi gözləyir

Tarix: 28 Iyun 2024 08:45

Alimlər hava limanları yaxınlığında yaşayışın təhlükəsi barədə məlumat veriblər.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, onların fikrincə bu, diabet, demensiya və ya yüksək qan təzyiqi kimi xəstəliklərin inkişaf ehtimalını artırır.

"Politico" nəşri bu barədə iyunun 27-də Nəqliyyat və Ətraf Mühit təşkilatının araşdırmasına istinadən məlumat yayıb.

Qəzet qeyd edir ki, alimlər hava limanına yaxın yaşamağın sağlamlığa təsirini incə hissəciklər və reaktiv yanacaq elementləri ilə əlaqələndirirlər.

Bu, xəstəliklər ultra incə hissəciklərin yayılması ilə əlaqədardır. Onlar hava limanları ətrafında bir neçə on kilometr məsafədə havada olurlar.

Ümumdünya Səhiyyə Təşkilatının 15 il əvvəl ultra incə hissəciklərin insanlara mümkün zərərləri barədə xəbərdarlıq etməsinə baxmayaraq, onların havaya buraxılması hazırda heç bir şəkildə tənzimlənmir.


Etiketlər:  Hava limanına yaxın yaşayanlar xəstəliklər sizi gözləyir


RƏYLƏR