Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cüdoçumuz erməni üzərində qələbə ilə 1/4 finalda

Cüdoçumuz erməni üzərində qələbə ilə 1/4 finalda

Tarix: 28 Iyun 2024 16:16

Yeniyetmə cüdoçular arasında Avropa çempionatı davam edir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yarışın ikinci günündə Azərbaycan millisinin 5 idmançısı tatamiyə çıxıb.

Oğlanlar
66 kq
Səlim Sultanov Samuel Brisuda (Slovakiya) üzərində qələbə qazansa da, Yaroslav Bunakova (AİN) məğlub olub.

73 kq
Cəsur İbadlı yarışa ikinci mərhələdən başlayıb. Burak Senquru (Türkiyə) mübarizədən kənarlaşdıran cüdoçumuz Tiqran Saruxanyanı (Ermənistan) da məğlub edərək 1/4 finala adlayıb.

Qızlar
52 kq
Vüsalə Hacıyeva Keyt Krisholma (Böyük Britaniya) məğlub olub.

Aysun Məmmədova Yanka Yutner (Macarıstan) səddini keçə bilməyib.

57 kq
Aytən Verdiyeva Amili Sçerbova (Çexiya) ilə görüşdə qalib gəlsə də, Hili Zakroiskiyə (İsrail) məğlub olub.

Qeyd edək ki, yığmamız yarışın ilk günündə iki medal qazanıb. Bahadır Feyzullayev (50 kq) qızıl, Məhəmmədəli Hüsiyev (50 kq) bürünc əldə edib.

Milli.Az


Etiketlər:  Cüdoçumuz erməni üzərində qələbə ilə 14 finalda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ