Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İdmançımız Xaçatryanı məğlub edib, finala yüksəldi

İdmançımız Xaçatryanı məğlub edib, finala yüksəldi

Tarix: 28 Iyun 2024 20:00

Azərbaycanın yeniyetmə boksçusu Səftər Məmmədzadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa birinciliyində finala yüksəlib.

Azərbaycan Boks Federasiyasından Milli.Az-a verilən məlumata görə, +80 kq çəkidə mübarizə aparan milli üzvü yarımfinalda ermənistanlı Qraç Xaçatryanla qarşılaşıb.

Döyüş boksçumuzun qələbəsi ilə yekunlaşıb. Məmmədzadə rəqibini 4:1 (30:27, 29:28, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib və finala vəsiqə qazanıb.

O, çempionluq uğrunda görüşdə rusiyalı Rüstəm Həsənovla münasibətinə aydınlıq gətirəcək. Döyüş iyunun 30-da olacaq.

Qeyd edək ki, yığmamızın daha 3 boksçusu yarımfinal görüşünə çıxacaq.

Milli.Az


Etiketlər:  İdmançımız Xaçatryanı məğlub edib finala yüksəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ