Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Google Translate''də möhtəşəm yenilik

''Google Translate''də möhtəşəm yenilik

Tarix: 29 Iyun 2024 04:08

"Google Translate"ə 110 yeni dil əlavə ediləcək.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda qeyd olunub.

"Tətbiq etdiyimiz dillərin sayını artırmaq üçün süni intellekt texnologiyasından istifadə edirik. Nəhəng "PaLM 2" dil modelimizlə "Google Translate"ə tariximizdəki ən böyük genişlənmə olan 110 yeni dili əlavə edəcəyik", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, onlayn tərcüməçinin bazasına avar, başqırd, buryat, çeçen, çuvaş, osetin, udmurt, yakut, krım tatar, komi portuqal (Avropa versiyası), tibet, şimali sami və breton dilləri də əlavə ediləcək. Məlumata görə, 614 milyon insan yeni əlavə ediləcək dillərdə danışır.


Etiketlər:  Google Translatedə möhtəşəm yenilik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ