Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2024 07:04
Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) direktoru İbrahim Kalın HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə telefon danışığı aparıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı tərəflər atəşkəs danışıqlarının son mərhələsini, daimi atəşkəsin təmin edilməsi üçün atılacaq addımları, girovların dəyişdirilməsi və humanitar yardımların çatdırılmasını müzakirə edib.