Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2024 23:14
Türkiyə məhkəməsi 2015-ci il oktyabrın 10-da Ankarada ölkə tarixinin ən böyük terror aktı ilə bağlı təqsirləndirilən şəxslərə ömürlük həbs cəzası verib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, həbsdə olan 10 təqsirləndirilən şəxsdən yalnız 9-u terrorçu qruplaşmanın fəaliyyətində iştirak və qəsdən adam öldürmə ittihamı ilə ağırlaşdırıcı hallarla ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2018-ci ildə 9 təqsirləndirilən şəxs barəsində ömürlük həbs qərarı çıxarılsa da, təqsirləndirilən şəxslərin vəkilləri apellyasiya şikayəti verib.