Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA türk hakimi geri çağırdı – “Qarabağ”a görə

UEFA türk hakimi geri çağırdı – “Qarabağ”a görə

Tarix: 26 Noyabr 2019 13:00

UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Düdelanj" - APOEL oyununun hakimlərini dəyişdirib.

Qol.az-ın Kipr mətbuatına istinadən yaydığı xəbərə  görə, görüşü İtaliya Futbol Federasiyasından Canluka Rokki idarə edəcək. Ona həmyerliləri Giorgio Peretti və Giorgio Shenone köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Paolo Valeri yerinə yetirəcək.

Qeyd edək ki, bundan əvvəl sözügedən görüşdə Türkiyə Futbol Federasiyasından Halis Özkahya baş hakim təyin olunmuşdu. Lakin APOEL rəhbərliyi dərhal bu qərara rəsmi etiraz etmişdi. Onlar türkiyəli bir hakimin Avropa arenasında ilk dəfə Kipr klubunun matçına təyinatını qəbul etmədiklərini bildiriblər.

Kipr klubunun tələbində Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər də qabardılıb. Bu təyinatın əsas rəqibləri olan "Qarabağ"ın lehinə ola biləcəyi vurğulanıb.

Bütün bunları nəzərə alan UEFA kiprlilərin etirazını qəbul edib və türkiyəlilərin əvəzinə təyinat italyanlara həvələ olunub.

Qeyd edək ki, "Düdelanj" - APOEL  görüşü noyabrın 28-i keçiriləcək.

 


Etiketlər:  UEFA türk hakimi geri çağırdı Qarabağa görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ