Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2024 06:20
İranda növbədənkənar prezident seçkilərinin ikinci turu cümə günü keçiriləcək, seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılacaq.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə İran KİV məlumat yayıb.
Ölkədə seçkilərin nəticələrinin iyulun 6-da səhər saatlarında, bütün səslər hesablandıqdan sonra məlum olacağı gözlənilir.
Prezidentlik uğrunda 69 yaşlı islahatçı Məsud Pezeşkiyan və mühafizəkar Səid Cəlili mübarizə aparacaqlar.