Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsti havada qəhvə içmək olar?

İsti havada qəhvə içmək olar?

Tarix: 5 Iyul 2024 07:48

"İsti havada qəhvə içə bilərsiniz, lakin yaxşı olar ki, qəhvə südsüz və şəkərsiz olsun. Həmçinin iki fincandan çox olmasın".

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu sözləri rusiyalı kardioloq Alfiya Yaqafarova deyib.

"Tədqiqatlar göstərir ki, orta miqdarda qəhvə istehlakı isti havalarda nəfəs almağı asanlaşdıra bilər. Amma yayda həddindən artıq tərləmə səbəbindən orqanizm maye itirir. Kofeinin sidikqovucu təsiri var, ona görə də ideal olaraq üçüncü fincan qəhvədən sonra su içmək lazımdır. Bu, həyati təhlükə olan susuzlaşma riskini azaldacaq. Bu tövsiyə yalnız 300 mq-dan çox (iki stəkandan çox) kofein içənlərə aiddir. Araşdırmalar göstərir ki, daha az qəhvə içmək, sidiyin miqdarına təsir göstərmir", - deyə kardioloq bildirib.

Həkim deyir ki, ən yaxşısı şəkərsiz və südsüz içkilər seçməkdir:

"Soyuq qəhvə əsaslı içkilər də içə bilərsiniz. Ancaq nəzərə almaq lazımdır ki, onlar həzmi yavaşlada və diş minasında mikroçatlara səbəb ola bilər".


Etiketlər:  İsti havada qəhvə içmək olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ