Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2024 14:26
Misir millisinin və yerli "Fyuçe" klubunun futbolçusu Əhməd Refaat infarkt keçirərək dünyasını dəyişib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Misir Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
Hadisə Misir çempionatının XI turunda "Əl-İttihad"a qarşı keçirilən matç zamanı baş verib.
31 yaşlı forvard oyunun başa çatmasına 2 dəqiqə qalmış yerə yıxılıb.
Xəstəxanaya çatdırılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Əhməd Refaat peşəkar karyerası ərzində 211 oyun keçirib. O, Misir millisində isə 7 matçda 2 qolla yadda qalıb.