Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Axşamlar televizora baxmaq, telefonla oynamaq yerinə bunu edin

Axşamlar televizora baxmaq, telefonla oynamaq yerinə bunu edin

Tarix: 6 Iyul 2024 21:42

Bir çoxları yatmazdan əvvəl ya televizora baxır, ya da telefonla oynayır. 

Milli.Az lent.az-a istinadla xəbər verir ki, bu vərdişi tərgitmək lazımdır. Bu tövsiyəyə məhəl qoymayan insanlar isə səhər özünü çox yorğun hiss edəcək. 

Niyə yatmazdan əvvəl televizora baxmaq olmaz?

Səbəb çox sadədir. Ekrandan gələn işıq insana mənfi təsir göstərir.

İlk növbədə, mavi şüalardan danışırıq. Onlar yuxu hormonu olan melatonin istehsalını dayandırırlar.

Nəticədə, insanın yuxuya getməsi çətinləşir. Belə bir vəziyyətdə gecə istirahəti tam olmayacaq.

Televizor və smartfonu necə əvəz etmək olar?

Axşam saatlarında televiziya verilişlərinə baxmaq və ya internetdə gəzmək yox, kitab oxumaq lazımdır. Axşam kitab oxumaq sakitləşməyə və rahatlamağa kömək edir.

Bu zaman parlayan ekran və ya kadr dəyişikliyi olmur. Belə şərtlərin olmaması beynin problemsiz yuxu rejiminə keçəcəyinə zəmanətdir.

Milli.Az


Etiketlər:  Axşamlar televizora baxmaq telefonla oynamaq yerinə bunu edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ