Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi''də qvineyalı hücumçu

''Neftçi''də qvineyalı hücumçu

Tarix: 26 Noyabr 2019 17:24

 “Neftçi” baxışa daha bir futbolçu dəvət edib.

Qol.az-ın klubun mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, bu, qvineyalı Nabi Silladır. 21 yaşlı Silla hücumçudur. “Soar Akademiyası”nın (2008-2014) yetirməsi olan futbolçu vətənində “Satellit” (2015-2017), “Qanqan” (2017-2018) və “Koyah” (2018-2019) klublarında çıxış edib. Qvineyanın U-17 və U-20 milli komandasının formasını geyinmiş Nabi Silla U-23-ün üzvüdür. Məşqçilər korpusu bu gün məşqlərə qoşulan Nabi Silla haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.

Xatırladaq ki, digər qvineyalı futbolçu – 19 yaşlı hücumameylli yarımmüdafiəçi Yamussa Kamara da hazırda baxışdadır.

 


Etiketlər:  Neftçidə qvineyalı hücumçu


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ