Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2024 00:20
KXDR Müdafiə Nazirliyi NATO sammiti çərçivəsində ABŞ və Cənubi Koreya liderlərinin görüşündən sonra qəbul edilmiş birgə bəyanatı, habelə Vaşinqton və Seulun Nüvə Məsləhətçi Qrupunun (NCG) rəhbər prinsiplərinə dair yeni sənədi kəskin şəkildə pisləyib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə KXDR Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
"Ordumuz nüvə müharibəsinin qarşısını almağa güclü hazırlıqla dövlətin təhlükəsizliyini hərtərəfli təmin edəcək", - nazirliyin şərhində qeyd olunub.
Pxenyan bu addımı təxribat və regionda təhlükəsizliyə təhdid kimi pisləyib.