Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2024 07:24
Bir çox evdar qadın gündəlik həyatda müəyyən bir texnika əşyasından istifadə edərək mənzilini təmizləyir.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bəzən belə vərdişlər təkcə mənzilə deyil, ev sakinlərinə də zərər verə bilir.
Bəs, bu hansı təmizlik vərdişidir?
Döşəməni quru süpürgə ilə süpürmək
Bir çox evdar qadın döşəməni quru süpürgə ilə süpürür. Ancaq bu zaman siz mənzili təmizləmirsiniz. Sadəcə otaqlarda toz buludu yaradırsınız.
Quru süpürgənin istifadəsini nəm təmizləmə ilə əvəz edin və ya tozsorandan istifadə edin. Bu təmizliyi daha effektiv edəcək.
Tullantıları tualetə atmaq
Makaron suyu, işlənmiş yağ, çay yarpaqlarını və ya digər tullantıları tualetə atmağı düşünməyin. Çünki bu zaman kanalizasiya borularınızda tıxanmalar yaranacaq. Həmçinin, çay yarpaqları tualetin divarlarına çökməsinə səbəb olur və zaman keçdikcə onlar sarıya çevrilir.